RESTORAN PROQRAMI

ARAS (Azərbaycan Restoran Avtomatlaşdırma Sistemləri)  sizə bulud (cloud) və ya fiziki server seçimləri ilə müəssisələrin dəyişən tələblərinə uyğun həllər təklif edir. ARAS restoranınızın və ya restoran zincirinizin obyektlərini tamamilə avtomatlaşdırmaqla qalmayan, eyni zamanda fərdi restoranlarda tələb edilən bütün prosesləri də idarə edə biləcəyiniz bir proqram paketidir. ARAS süni intellekt istifadə edərək çalışan ilk yerli restoran avtomatlaşdırma sistemidir (v1 2008-ci il).

 

Biznesinizi rahat idarə edin!

20 ilə yaxın zaman ərzində, hər növ restoran, kafe və otellər üçün uyğun idarəetmə sistemi həlləri təqdim edən AZVAPA şirkəti, təcrübəsi və keyfiyyətli məhsulları ilə yüzlərlə bu tip biznes sahələrinin seçimidir. Restoranların avtomatlaşdırılması sistemləri ilə fərq yaradan AZVAPA məhsulları bütün idarəetmə proseslərinizdə işinizi tam avtomatlaşdıraraq asanlaşdıracaq.

aras-restoran-proqrami

ARAS resrotan proqramı nədir?

ARAS Kafe, market, restoran, otel, şirniyyat evləri, məktəb, kollec, xəstəxana, yeməkxana kimi bir çox satış nöqtələrinə xidmət edir. Bütün masa, otaq, paket sifarişi, rezervasiya və sifariş izləmə proseslərində hər hansı bir yanlışlığın baş verməsini sıfıra endirir. Maliyyə hesabatları, idarəçi hesabatları, loqlama kimi rapaorlarla tam şəffaf idarəetmə və izləmə imkanlarına sahib olursunuz.

 

ARAS Pay sizə aşağıdakıları etməyə imkan verən maliyyə axınının avtomatlaşdırılması moduludur:

  • Ödənişi müxtəlif vasitələrlə qəbul etmə: nağd və nağdsız ödənişlər, köçürmə, əməkdaş üçün ödəmə fərqliliyi.
  • Müştərilər üçün əvvəlcədən ödəmə və ya tam ödəniş.
  • Ödənişlərin geri qaytarılması və ya ləğvi.
  • Online ödəniş sistemləri ilə ödəmə qəbulu.
  • Otel idarəetmə sistemi ilə inteqarasiyalı işləyə bilmək.
  • Qeyri-dəqiqlikləri müəyyən etmək üçün əməliyyatların yoxlanılması prosesini avtomatlaşdırmaq.
  • Müasir POS ödəmə sistemləri ilə inteqrasiyalı işləyə bilmək.

 

ARAS  maliyyə modulu

  • ARAS İnventarlaşdırma - sisteminin bu modulu mall və menyuların və onların hərəkətinin real vaxt rejimində izlənməsinə kömək edir. Xüsusi məhsul və içkilərin inventarlaşdırılması prosesini müxtəlif üsullarla həyata keçirir. Məsələn, içkilər şüşə ilə birlikdə çəkiyə görə hesablana bilər, yəni sayım apararkən ümumi çəkiyə görə içki sayın müəyyən etmək mümkündür.
  • ARAS İstehsalat - bu modulun köməyi ilə məhsulları çeşidləyə bilər və menyu tərkiblərinə uyğun anbardan azalmanı izləyə bilək asanlaşır. 
  • ARAS Mühasibatlıq – nağd əməliyyatlar, əmək haqqının hesablanması və vergi ödənişləri prosesini avtomatlaşdıracaq və sadələşdirəcək funksiyaları təqdim edir.

 

ARAS VideoSec modulu

ARAS Universal video nəzarət modulu. Modul hər bir ofisianta nəzarət imkanı yaradır. İstənilən hərəkət çek nömrəsi, ofisiant və ya qonağın adı və ya əməliyyatın adı ilə bərpa edilə bilinir. Siz həmçinin internet olan istənilən yerdən video izləmə edə bilərsiniz. Bütün arxivləri ən az 1 ay və ya daha çox saxlama edə bilərsiniz.

 

 

Restoran proqramı, yeməkxana proqramı, kafe və əyləncə mərkəzləri üçün proqramlarımızı ödənişsiz olaraq test edə bilmək üçün bizimlə əlaqə yarada bilərsiniz. Demo versiya qurulumu ödənişsizdir və 15 gün bütün funksiyaları tam test edə bilərsiniz.

 

Ramazan bayramı kampaniyası ilə #ARAS #restoran proqramını əldə edin və 3️0% endirimdən yararlanın. Kampaniya yalnız 31 aprel 2024-cü ilə kimi keçərlidir.

 

aras-restoran-proqrami
(ARAS POS sifariş ekranı)