Haqqımızda

 

AZVAPA şirkəti istənilən proqam təminatının proqramlaşdırılması, sistem arxitekturasının hazırlanması, İT infrastrukturun qurulması ilə məşğul olur. Əsasən tibbin, otel və restoran sistemlərinin, ticarətin və hərbi sahələrin avtomatlaşdırılmasına üstünlük veririk. Bu istiqamətdə onlarla gerçəkləşdirilmiş layihələrimiz mövcuddur.

Yeni texnologiyalardan istifadə edərək səhiyyə, turizm, ticarət müəssisələrinin beynəlxalq standartlarda xidmət göstərməsi üçün çalışan şirkətimiz, bu müəssisələrin fəaliyyətlətlərinin rəqəmsallaşdırılmasında tutarlı işlər görməkdən qürur duyur.

AZVAPA  İnformasiya Texnologiyaları sektorundakı ehtiyacları araşdırmaq, həll yolları yaratmaq və yeni texnologiyalar tətbiq etməklə işin keyfiyyətini yüksəltməyi öz vəzifəsi kimi qəbul edib. Dövlət və özəl təşkilatların proqram təminatının ilk əldən təmin edilməsi üçün dəqiq və etibarlı tərəfdaş kimi yorulmadan çalışır. 

Müştərilərimizin uğurlu biznesləri bizim qazancımızın qarantıdır. 

Proqlarımızla proqram sənayesinin yaranması və inkişafına dəstək verməkdən qürur duyuruq!

✅ ProTibb - xəstəxana proqramı
✅ ARAS - restoran proqramı
✅ GymPro - idman zalı proqramı
ChefCat - yeməkxana proqramı
Luna - otel proqramı
Alpha Plus - ticarət və anbar proqramı

Missiyamız Texnoloji yenilikləri sürətli qavrayan qurupumuzla şirkətlərin informasiya texnologiyalarına olan tələbatlarını təmin etmək, tibbin, iqtisadiyyatın və hərbi sahələrin avtomatlaşdırılması.

Hədəfimiz Beynəlxalq arenada olan İKT yeniliklərini Azərbaycana gətirmək, böyük şirkətlərin İT xidmətlərini qarşılamaq, milli proqram təminatının və bazasının yaradılmasında tutarlı işlər görmək.