Fitman hansı obyektlər üçün uyğundur?
Fitman fitnes və idman zalları, hovuzlar, SPA mərkəzləri, pilates və yoqa studiyaları, eləcə də otellərin fitness və spa bölmələri üçün hazırlanmışdır. Bütün giriş-çıxış, abunəlik, maliyyə və hesabat proseslərini vahid mərkəzdən idarə edir.
Fitman giriş-çıxışı necə avtomatlaşdırır?
Fitman, keçid (turnike) sistemi ilə birlikdə işləyir. Müştəri kartını oxuducuya oxuyur, sistem abunəliyini avtomatik yoxlayır, limiti azaldır və turnike açılır. Proses tam avtomatikdir – operator müdaxiləsi tələb olunmur.
Bir müştərinin birdən çox abunəliyi ola bilərmi?
Bəli. Fitman bir müştərinin birdən çox abunəliyini idarə edir. Hər giriş zamanı sistem düzgün abunəliyi avtomatik müəyyən edir və yalnız həmin abunəlikdən limit azaldır.
Abunəliyi saat və günlər üzrə məhdudlaşdırmaq mümkündürmü?
Bəli. Abunəlikləri həftənin günlərinə və günün saatlarına görə konfiqurasiya etmək mümkündür. Məsələn: 08:00–14:00 arasında kişilər, 14:00–19:00 arasında xanımlar hovuza giriş edə bilər. Günlük istifadə limiti də müəyyən edilə bilər.
Keçid fırıldağı mümkündürmü?
Xeyr. Giriş zamanı çıxış oxuducusuna kart oxutmaqla və ya digər onlarla fırıldaq üsullarla dostlarını "pulsuz içəri salmaq" cəhdləri ağıllı sistem tərəfindən aşkarlanır və dərhal bloklanır. Süni zəka agentləri rəqəmsal "mühavizəçi" kimi işlədilərək də bu sahədə yüksək dəqiqliklə fəaliyyət göstərə bilirlər.
Endirimli abunəliklər necə nəzarət edilir?
Endirim edilmiş abunəliklər xüsusi sistem tərəfindən izlənilir və təsdiq edilmədiyi təqdirdə sistem onlara giriş icazəsi vermir. Beləliklə, icazəsiz endirimlərin qarşısı tam alınır.
Məşqçi ödənişləri avtomatik hesablanırmı?
Bəli. Abunəlik paketinə görə məşqçilərin ödənişləri müəyyən edilmiş fərqli faizlər üzrə avtomatik hesablanır. Məşqçi hesabatı üçün əl ilə cədvəl tutmağa ehtiyac yoxdur.
Proqramı öyrənmək üçün təlim lazımdırmı?
Xeyr. Fitman istifadəçi dostu interfeysə malikdir və əlavə tədrisə ehtiyac olmadan istənilən şəxs tərəfindən sürətlə öyrənilir. Yeni işçiniz birinci gündən rahat işləyə bilər.
Məlumatlar təhlükəsiz saxlanılırmı?
Bəli. Bütün məlumatlar daimi olaraq cloud serverdə yedəklənir və heç vaxt itmir. Bütün əməliyyatlar – ödəniş, abunəlik, giriş-çıxış və düzəlişlər – tam audit loglama ilə qeydə alınır, istifadəçi fırıldaqlığı sıfıra endirilir.
Süni zəka funksiyası nə təqdim edir?
Fitman-ın AI agentləri sahibkar üçün 7/24 ödənişsiz analitik xidmət verir: doluluq təhlili, müştəri davamiyyəti, gəlir proqnozları və fərdi tövsiyələr hazır hesabat formasında təqdim edilir.
Fitman mühasibatlıq proqramları ilə inteqrasiya edir?
Bəli. Bütün ödənişlər və sənədlər avtomatik şəkildə mühasibatlıq proqramınıza ötürülür. Bundan əlavə, otel üçün Luna PMS ilə inteqrasiya imkanı da mövcuddur.
Pulsuz demo tələb edə bilərəm?
Bəli. Fitman-i öz mərkəzinizdə sınamaq üçün bizimlə əlaqə saxlayın – ekspertlərimiz sizə pulsuz demo təqdim edəcəklər.