Ödəmə üsulu
Mən hesab edirəm ki, siz qeydiyyatdan keçdiniz. Bu zaman istifadəçi adı və şifrənizi tələb olunan sahəyə daxil edərək, sistemə girin. Sizi təbrik edirəm! Daxil olduğunuz bölmə sifariş formudur. indi siz forumda lazımi bölmələri doldurub Göndər düyməsinə klikləyin.
Sifariş əməliyyatlarınızın biri sizə, digər bir kopyası isə sistemə göndərilir və avtomatik olaraq sistem sizə daxil etdiyiniz məlumatlarla bərabər, sifariş nömrəsi göndərir. Artıq siz seçdiyiniz xidmətimizi sifariş etmiş sayılırsınız və bizim müştərimizsiniz. Bütün problemlərinizi və təkliflərinizi çəkinmədən bizə Müştəri Dəstək linkindən bildirə bilərsiniz.
Sifariş etdikdən sonra xidmətin aktiv olması üçün sizə göndərilən sifariş nömrəsini götürərək yaşadığınız bölgədəki "Bank of Baku"ya yaxınlaşın. Bizim hesabımıza ödəniş edin. Ödəniş zamanı ödəmə qeydinə sifariş nömrəsini, adınızı, atanızın adını və soyadınızı mütləq yazdırın. Ödəmə etdikdən sonra www.azvapa.com/bildirish.php linkindən ödəmə etdiyiniz barəsindəki formu doldurub bizə göndərin. Mühasibimiz ödəniş etdiyinizi dəqiqləşdirdikdən sonra sistem idarəçisinə məlumat verir və sizin e-mail ünvaına təbrik mesajı ilə birlikdə domain və hostinqin idarə olunması üçün məlumatlar və şifrə göndərilir. Maksimum 1 (bir) iş günü ərzində xidmətiniz aktivləşəcək.
