İdarə heyyəti

Saytın idarə olunmasında əsas kadr heyətimizdən.

Namiq Ələsgər oğlu Məmmədov
VAPA-nı təsis edən
12.09.1983-cü ildə Kəlbəcər rayonu Başlıbel kəndində anadan olub. 2001-2003-cü illərdə həqiqi hərbi xidmətdə olub. Hal-hazırda Gəncə Müəllimlər institutunun tələbəsidir. Xarici dillərdən ingilis və rus dilini bilir. 300-dən artıq kompyuter proqramını mükəmməl bilir. Azərbaycanca kompyuter proqramlarına aid bir çox dərsliklərin və elmi məqalələrin müəllifidir. Kompyuter proqramlarını Azəricəyə çevirməklə də məşğuldur. Veb proqramlaşdırma sahəsində xüsusi bacarıqları var. İTM-in təsisçilərindən biridir. Milliyəti azərbaycanlı, dini islamdır.
Aşağıdakı işlərdə işləyib:
1. Seçki Monitorinq Mərkəzində kompyuter operatoru;
2. Kompyuter müəllimi;
3. “Məşəl qəzeti” MMC-də informasiya texnologiyaları üzrə menecer;
4. “Euroservice”-də informasiya texnologiyaları üzrə menecer.
5. İnformasiya Texnologiyaları Mərkəzində menecer (hal-hazırda da işləyir).

Natiq Ələsgər oğlu Məmmədov
İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi
01.01.1985-ci ildə anadan olub. BDU-nun İlahiyyat fakultəsini magistr diplomu ilə qurtarıb. Xarici dillərdən ərəb və ingilis dillərini bilir. Kompyuter anlayışı və biliyi var. Kinboksla məşğul olub.
Milliyəti azərbaycanlı, dini islamdır.

Tural Yunis oğlu Musayev
Hüquq xidməti rəisi
12.07.1984-cü ildə anadan olub. Xarici dillərdən ingilis dilini bilir. Ərəb dilindən anlayışı var. Kompyuter biliyi qane edicidir.
Milliyəti azərbaycanlı, dini islamdır.

Məftunə Əliyeva
Kompyuter operatoru
İngilis dili ixtisası üzrə təhsil almışdır. Xarici dillərdən ingilis və rus dillərini bilir. Kompyuter proqramlarının tədrisi üzrə xüsusi təcrübəsi var.
Milliyəti azərbaycanlı, dini islamdır.

Şahbaz Bəhlul oğlu Mirzəyev
Mühasib
Riyaziyyat və hesablama texnikası sahəsində bacarığı var. Xarici dillərdən ingilis və rus dillərini bilir. Kompyuter sahəsində təcrübəsi var.
Milliyəti azərbaycanlı, dini islamdır.