Hosting qaydalar
Servis Qaydaları
AZVAPA MMC Web Hosting, Domain qeydiyyatı və sayt yığılması, proqramlaşdırılması xidmətlərini həyata keçirir. AZVAPA MMC serverdəki hərhansı və ya bütün məlumatları istədiyi zaman yoxlama, dəyişdirmə və silmə, uyğunsuz istifadəyə rast gəldiyi zaman müştərinin xidmətlərini müvəqqəti və ya əbədi olaraq bağlama hüququna sahibdir. Hesabınız ləğv edildiyində veb sahənizdəki bütün məlumatlar silinir.
Server Qadağaları
AZVAPA MMC aşağıda göstərilən heç bir məlumatın serverdə saxlanılmasına icazə vermir: İlleqal material – Bu müəllif haqlarını pozan hər hansı bir şeyi əhatə edir; Warez – Qaçaq yazılım, ROMS, emulators, phreaking, hacking, password cracking, IP spoofing və ya bunlar haqqındakı məlumatların hamısını əhatə edir; Bunlardan əlavə chat, toplist və s. arxa planda işləyən proqramların hamısını əhatə edir. ( chat kimi saytlar üçün ayrıca xidmətlərimiz var).
Ödəniş Qaydamız
Bütün ödənişlər nəğd alınır. AZVAPA MMC bütün vəsait və xidmətlərinin ödənişini dəyişdirmə hüququna malikdir. Bütün ödənişlər müqavilənin sonuna qədər (hesabın son istifadə tarixi) qüvvədədir.
Ləğv və Ödənişin Geriyə Qaytarılması
Müştəri aldığı hosting xidmətini, servis qaydalarımızı pozmadığı təqdirdə ilk 7 gün içində geri təhvil verə bilər. Əgər bank vasitəsiylə ödəniş edilibsə və bank tərəfindən əməliyyatın faizi tutulursa ediləcək geri ödəmədən həmin miqdar çıxılacaq. Digər hallarda müştəri hosting hesabını istədiyi zaman ləğv edə bilər. Ancaq alınan ödəniş geri ödənməz. Abunəçiliyi son istifadə tarixindən əvvəl yenilənməyən hesablar son istifadə tarixində ləğv edilir və müştərinin serverdəki bütün məlumatları silinir. Qeydiyyatdan keçmiş bir domain adı internet qaydalarına görə dəyişdirilə və ya ləğv edilə bilməz. Hosting xidmətindən başqa alınan digər bütün məhsul və ya xidmətlər geri təhvil verilə və ödənişi qaytarıla bilməz.
Məsuliyyət
Veb saytlardakı məlumat və ya digər vasitələrlə zərər görənlərin qarşısında və ya baş verə biləcək hər hansı bir problemə görə AZVAPA MMC məsuliyyət daşımır. Müştəri serverdə yerləşdirdiyi hər növ məlumatın ehtiyyatını özü kopyalayıb saxlamalıdır. Məsləhət görürük ki, məlumatlarınızı CD/DVD disklərə kopyalayıb saxlayasınız. AZVAPA MMC 99.5% network uptime qarantilidir, ancaq serverlər üzərində meydana gələ biləcək gözlənilməyən yazılım və ya sürücü problemlərindən doğa biləcək kəsintilərə qaranti vermir. AZVAPA MMC bu qaydaları lazım gələrsə dəyişdirə bilər.
