Domain Qeydiyyat Qaydaları

Yeni domen adını qeydiyyatdan keçirərkən göstərilən qaydalarla razı olduğunuzu bildirmiş sayılırsınız.

1. Domain qeydiyyatı

AZVAPA MMC bütün internet istifadəçilərinə domen adlarının (məs. domain.com, adiniz.net və s.) qeydiyyatı, eyni zamanda digər domen qeydiyyatçılarından AZVAPA-ya transfer olunması və bununla əlaqəli digər xidmətləri təklif edir. AZVAPA əsasən .com, .net, .org, .info, .biz, .tv, .name, .us və s. tipli domen adlarını qeydiyyatdan keçirir. Ancaq sizin istəklərinizə uyğun domain genişləndirmələrini də sizə təqdim edə biləik. AZVAPA domen adının qeydiyyatdan keçirilməsini asanlaşdırmaq və domen adının statusunu müəyyənləşdirmək üçün xüsusi proqramını sizin ixtiyarınıza vermişdir. Domen adlarının qeydiyyat müddəti qlobal qeydiyyatçıların müəyyən etdiyi qaydalara əsasən ən azı 1 il olaraq nəzərdə tutulur.

2. Xidmət haqqı

Domen adlarının qeydiyyatı pullu xidmət hesab olunur və qeydiyyat müddətindən asılı olaraq məbləğ AZVAPA-ya ödənilməlidir. Xidmət haqqı ödənildikdən və domen qeydiyyatının başa çatması AZVAPA tərəfindən təsdiq edildikdən sonra, eyni zamanda müştərinin müqavilə müddətində öz domen adından istifadə edib-etməməsindən asılı olmayaraq qeydiyyat üçün ödənilmiş məbləğ geri qaytarıla bilməz. Müqavilə müddəti ərzində müştərinin aldığı domen adı həmin domen sahibinin ixtiyarında olur.

3. Müştərinin vəzifələri

AZVAPA-nın rəsmi saytında domen adının sifarişini verdikdən sonra daxil etdiyiniz informasiya AZVAPA tərəfindən qəbul edilərək doğruluğu yoxlanılır. Yeni domen adının qeydiyyatı yalnız sizin tərəfinizdən qeydiyyat üçün lazım olan zəruri informasiyanın bizə çatdırılmasından, həmçinin xidmət haqqının AZVAPA-nin bank hesabına yatırılmasından sonra qüvvəyə minir. Bundan sonra istifadəçiyə email, telefon və ya faks vasitəsilə qeydiyyat mərhələsinin vəziyyəti və qeydiyyatın bitirilməsi üçün zəruri məlumat bildirilir. Bir iş günü içərisində domain adı müştərinin ixtiyarında olur. AZVAPA-nın rəsmi saytı vasitəsiylə sifariş edilib, lakin 3 iş günü içərisində ödənişi bank hesabımıza yatırılmayan sifarişlər qüvvəsini itirir. Əgər bir neçə dəfə sifariş edilər və məbləği ödənməzsə vəkilimiz birbaşa Azərbaycan Respublikasının Qanunları çərçivəsində məhkəmə orqanına müraciət edir. Dələduzluq və işimizə əngəl törtəmə kimi cəhdlərinizə görə cəzalandırılırsınız.

4. AZVAPA-nın vəzifələri

AZVAPA domen adının qeydiyyatı üçün zəruri informasıyanın müştəri tərəfindən tam və səhvsiz təqdim edildikdən yalnız sonra qeydiyyat prosedurasına başlaya bilər. Eyni zamanda AZVAPA sizə məxsus olan bu informasiyanın digər məqsədlərlə istifadə olunmamasına tam təminat verir.
AZVAPA sizin tərəfinizdən təqdim edilmiş və domen qeydiyyatı üçün lazım olan istənilən növ informasiydakı xətalara görə məsuliyyət daşımır. Məlumatlarınızı sifariş zamanı tam dəqiq göstərin. AZVAPA istisna hallarda istənilən istifadəçi tərəfindən göndərilmiş domen qeydiyyatı xahişini rədd edə bilər.

5. Digər qaydalar

Bu qaydalar AZVAPA və domen qeydiyyatçısının maraqlarına uyğun olaraq optimal şərtlərə əsaslanır. Buna baxmayaraq AZVAPA göstərilmiş domen qeydiyyatı qaydalarını istənilən vaxt istənilən formada dəyişmək hüququnu saxlayır və bu zaman cari müştərilər bu barədə müvafiq bildiriş alacaqlar. Unutmayın ki, biz sizin üçün ən gözəl olanı etmək üçün xidmət göstəririk.


Çap et